Aİ-nin ali nümayəndəsi: Ukrayna cəbhədə irəliləyə bilmir

Aİ-nin ali nümayəndəsi: Ukrayna cəbhədə irəliləyə bilmir

Ukrayna cəbhədə irəliləyə bilmir.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell (Jozeph Borrell) Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, cəbhədə çıxılmaz vəziyyət yaranıb: “Döyüşlər çox şiddətlidir. Lakin Ukraynanın ümid etdiyi sıçrayış baş vermədi. Rusiya isə böyük itkilər hesabına üstünlüyü ələ alır”.

C.Borrell vurğulayıb ki, Qərb güc balansını bərpa etməlidir: “Ukrayna qalib gəlməlidir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.