Buraxılış imtahanında 11 nəfərin nəticəsi ləğv edilib, 39 nəfər ən yüksək nəticəni göstərib

Buraxılış imtahanında 11 nəfərin nəticəsi ləğv edilib, 39 nəfər ən yüksək nəticəni göstərib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

Dövlət İmtahan Mərkəzindən Birxeber.Az-ya verilən xəbərə görə, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.