Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib: “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur”.