Azərbaycanla Almaniya arasında COP29-a hazırlıq prosesi müzakirə edilib

Azərbaycanla Almaniya arasında COP29-a hazırlıq prosesi müzakirə edilib

Azərbaycanla Almaniya arasında COP29-a hazırlıq prosesi müzakirə edilib.

Bu barədə "Birxeber.Az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.