Nazir: "COP29 “yaşıl hidrogen” sənayesinin təşviqində mühüm rol oynaya bilər"

Nazir: "COP29 “yaşıl hidrogen” sənayesinin təşviqində mühüm rol oynaya bilər"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) planlaşdırılan müzakirələr “yaşıl hidrogen” layihələrinin təşviqində mühüm rol oynaya bilər.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində çıxışı zamanı deyib.

“Azərbaycan tezliklə COP29-a sədrlik edəcək. Mən əminəm ki, biz ən mühüm mövzuları müzakirə etməyə davam edəcəyik. Bunlardan biri tamamilə vacib olan iqlim maliyyələşdirməsi məsələsidir. Yeni Kollektiv Kəmiyyət Məqsədinin [NCQG] müəyyən edilməsi də son dərəcə vacib olacaq”, - P. Şahbazov vurğulayıb.

Energetika naziri əlavə edib ki, ötən il BƏƏ-də COP28 iştirakçılarının üzərinə götürdükləri öhdəliklər yerinə yetiriləcək: "Biz COP30 üçün hədəflər qoyacağıq ki, bu da “yaşıl hidrogen”in inkişafı üçün mühüm vasitə olacaq.