İTA direktoru: "İtaliya Azərbaycan bazarına böyük əhəmiyyət verir"

İTA direktoru: "İtaliya Azərbaycan bazarına böyük əhəmiyyət verir"

İtaliya Azərbaycan bazarına böyük əhəmiyyət verir və şirkətlərinin bazarda daha fəal iştirakı üçün AZPROMO ilə əməkdaşlıq edir.

"Birxeber.Az" xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı direktoru Andrea Makkaniko agentliyin 2024-cü ilin yaz-yay üçün planlaşdırdığı tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.

A.Makkaniko qeyd edib ki, Azərbaycanda İtaliyanın qida sənayesinin məhsullarının nümayişinə həsr olunmuş tədbirlərlə yanaşı, İtaliya Dizayn Günləri də keçirilir: “Biz Azərbaycanı “Made in Italy” brendinin mühüm tərkib hissəsi olan İtaliya memarlığı və mebel sənayesi məhsulları ilə tanış etmək istəyirik”.