“Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir" - RƏY

“Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir" - RƏY

“Uzun illər müxtəlif sınaqlardan üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu qardaşlıq özünü xoş və dar gündə də göstərib:

"Bu gün də dünya qardaşlığımızın sarsılmaz olduğunun bir daha şahidi olur”.

Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələnin Azərbaycanda da kədərlə qarşılandığını deyən deputat vurğulayıb ki, bu hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu:

"O dəhşətli faciədən dərhal sonra səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etdi. Müraciətdə Prezident Türkiyə Prezidentinə başsağlığı verib və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirib. Eyni zamanda dövlət başçısının tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb”.

V.İskəndərov bildirib ki, fevralın 6-dan bu günə kimi Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib:

“Ümumilikdə, faciə baş verdiyi dövrdə FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul tipli səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir”.

Deputat qeyd edib ki, dövlətlə yanaşı xalqımız da qardaş ölkəyə dəstək kampaniyasına qoşulub:

“Azərbaycan xalqı son iki gün ərzində 7-dən 77-yə səfərbər olub. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, qardaşlığımız sarsılmazdır və bu qardaşlığı heç bir qüvvə poza bilməz”.

Xarici siyasət Xarici siyasət
“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi BMT ilə əməkdaşlığını inkişaf etdirir - FOTO

“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi BMT ilə əməkdaşlığını inkişaf etdirir - FOTO

Xarici siyasət Xarici siyasət
Klaus Yurgens: "Şuşada kilsənin yenidən bərpası Azərbaycanın sülh tərəfdarı olduğunun göstəricisidir"

Klaus Yurgens: "Şuşada kilsənin yenidən bərpası Azərbaycanın sülh tərəfdarı olduğunun göstəricisidir"

Xarici siyasət Xarici siyasət
Rusiyadan Azərbaycana reyslərin və gələnlərin sayı artıb

Rusiyadan Azərbaycana reyslərin və gələnlərin sayı artıb

Xarici siyasət Xarici siyasət
Xəzər İbrahim ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb

Xəzər İbrahim ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb

Xarici siyasət Xarici siyasət
Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb

Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb

Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Latviya Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir

Latviya Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir

Xarici siyasət Xarici siyasət
Türkiyə səfiri: “Bakının humanitar yardımı bu gün Qarsda olacaq”

Türkiyə səfiri: “Bakının humanitar yardımı bu gün Qarsda olacaq”

Xarici siyasət Xarici siyasət
Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB-2

Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB-2

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Moskvada dövlət və hökumət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib

İlham Əliyev Moskvada dövlət və hökumət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib

Xarici siyasət Xarici siyasət
Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib