Prokuror: Elektron prokurorluq informasiya sistemi cinayətlərin açılmasını asanlaşdırıb

Prokuror: Elektron prokurorluq informasiya sistemi cinayətlərin açılmasını asanlaşdırıb

Elektron prokurorluq informasiya sistemi vasitəsilə baş verən cinayətlərin operativ açılması asanlaşıb.

APA xəbər verir ki, bunu Sumqayıt prokurorluğunda keçirilən “Açıq qapı günü"ndə şəhər prokuroru Mürvət Həsənov deyib. Prokuror qeyd edib ki, sistem vasitəsilə həmçinin prokurorluğa daxil olan müraciət və şikayətlər dərhal elektron formada cavablandırılır: "Sistemdə elektron sorğu və cinayət xəritəsi modulu da yaradılıb. Bura cinayət hadisəsi törədilərkən ölən və yaralanan şəxslər barədə məlumatlar yerləşdirilir. Bu məlumatlarla həmin şəxsin istifadəsində mobil telefonların olması, ailə vəziyyəti və iş yeri barədə məlumatlar dərhal əldə edilir. Bu da cinayətin üstünün operativ açılmasına şərait yaradır".

M. Həsənov deyib ki , Sumqayıt şəhər Prokurorluğunda adıçəkilən sistem 2021-ci ildə yaradılıb.