Gəncədə 37 yaşlı kişi itkin düşüb - FOTO

Gəncədə 37 yaşlı kişi itkin düşüb - FOTO

Gəncədə 37 yaşlı kişi itkin düşüb.

Bu barədə APA-nın yerli bürosuna onun ailə üzləri məlumat verib.

Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər.

Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında “Mercedes Vito” markalı mikroavtobusdan düşdüyü, naməlum istiqamətə gedərək itkin düşdüyü bildirilir.

Osman Həsənov ailəlidir, 1 övladı var.

Onun görənlərdən +99470-220-21-20 nömrəsilə əlaqə saxlamaqları xahiş olunur.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, itkin düşmə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub: "Hazırda şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir".