Türkiyədə ildırım vuran sərnişin təyyarəsi təcili eniş edib

Türkiyədə ildırım vuran sərnişin təyyarəsi təcili eniş edib

"Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsini ildırım vurub.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə nəticəsində təyyarə yeni qalxdığı İstanbul hava limanına təcili eniş edib.

Təyyarə İstanbul-Antalya reysi üzrə uçuş edəcəkmiş.

Hazırda hava gəmisi texnik və mühəndislər tərəfindən yoxlanılır.