Azərbaycanda Türkiyə Sığorta Bilgi Mərkəzinin oxşarı yaradılacaq

Azərbaycanda Türkiyə Sığorta Bilgi Mərkəzinin oxşarı yaradılacaq

Azərbaycanda sığorta sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə oxşar sistemin yaradılması üçün Türkiyə Sığorta Bilgi Mərkəzi ilə danışıqlar aparılır.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

“Ümid edirik ki, qısa zamanda bu layihəyə start veriləcək”- Taleh Kazımov qeyd edib.

O əlavə edib ki, Sığorta Bilgi Mərkəzi Türkiyədə ilk “insurtech” layihəsidir. Bu mərkəz Türkiyə sığorta bazarının inkişafında, müştəriyönümlü fəaliyyət göstərməsində, risklərin daha optimal idarə edilməsində daha da mühüm rol oynayır.