Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə potensial investiisya layihələri ilə bağlı müzakirələr aparıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Bu gün Bakıda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus görüşüb, Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələlər və potensial investisiya layihələri barədə təklifləri müzakirə etdik", - nazir bildirib.

Xatırladaq ki, hazırda bankın Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayırıb. Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər.

Maliyyə Maliyyə
Azərbaycan I rübdə Qarabağa 1 milyard manatdan çox pul qoyub

Azərbaycan I rübdə Qarabağa 1 milyard manatdan çox pul qoyub

Maliyyə Maliyyə
Dünya Bankı Ukraynaya 610 milyon dollarlıq yeni yardım ayırıb

Dünya Bankı Ukraynaya 610 milyon dollarlıq yeni yardım ayırıb

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normalarını yeniləyib

Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normalarını yeniləyib

Maliyyə Maliyyə
Samir Şərifov maaş artımlarından danışdı

Samir Şərifov maaş artımlarından danışdı

Maliyyə Maliyyə
Hesablama Palatası: "ANAMA ötən il dövlət sifarişini tam icra etməyib"

Hesablama Palatası: "ANAMA ötən il dövlət sifarişini tam icra etməyib"

Maliyyə Maliyyə
Dünya Bankının regional direktoru Azərbaycana gəlir

Dünya Bankının regional direktoru Azərbaycana gəlir

Maliyyə Maliyyə
Azərbaycanda 33 sığorta agentinin lisenziyasının qüvvəsi 3 aylıq dayandırılıb

Azərbaycanda 33 sığorta agentinin lisenziyasının qüvvəsi 3 aylıq dayandırılıb

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (09.02.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (09.02.2023)

Maliyyə Maliyyə
"Unicapital İnvestisiya Şirkəti”nin rəhbərliyi dəyişib

"Unicapital İnvestisiya Şirkəti”nin rəhbərliyi dəyişib

Maliyyə Maliyyə
"Valyuta tənzimi haqqında" qanuna yeni anlayışlar əlavə edilir

"Valyuta tənzimi haqqında" qanuna yeni anlayışlar əlavə edilir

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.12.2022)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.12.2022)

Maliyyə Maliyyə
Dünya Bankı: "Azərbaycan rəqəmsal bacarıqları daha da inkişaf etdirə bilər"

Dünya Bankı: "Azərbaycan rəqəmsal bacarıqları daha da inkişaf etdirə bilər"