Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb

Xankəndidə 36 silah, 14 qumbara və  sursat aşkarlanıb

Xankəndi şəhərində 36 silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində isə 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.