Azərbaycanda Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!

Azərbaycanda Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!

“Between” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə iyunun 1-də "The Ritz Carlton Baku"da Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək.

Tədbir vasitəsilə yerli və beynəlxalq sahədə məlumat və təcrübə mübadiləsi olacaq.

Gələcəğə doğru yatırım konsept mesajı ilə keçiriləcək tədbirin məqsədi Azərbaycan investorlarına Türkiyə və Avropa Birliyi bazarlarında əmlak və digər investisiya imkanlarını necə effektiv istifadə edə biləcəkləri barədə məlumat verməkdir.

Peşəkar moderator və spikerlərin idarəetmə, bankçılıq, sığorta, təhsil və pərakəndə satış (Amazon) təcrübəsi ilə birlikdə zirvə həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün əlverişli bir platforma təqdim edəcək, həmçinin Avropa və Türkiyədəki əmlak, investisiya imkanlarından maksimum dərəcədə yararlanma yollarını göstərəcək, yatırım edərək daha çox gəlir əldə etməyin yollarını izah edəcəklər.

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi Azərbaycan investorları arasında əməkdaşlıq və şəbəkələşmə imkanlarını genişləndirərək, onların beynəlxalq investisiya mühitində mövqelərini gücləndirməyə yardımcı olacaqdır. Tədbir hər bir iştirakçıya dəyərli biliklər, yeni perspektivlər və uzunmüddətli uğur üçün lazımi alətlər təqdim edəcəkdir.

Gələcəyə doğru yatırım fürsətləri sizləri gözləyir!

Tədbir haqqında ətraflı məlumat əldə etmək üçün zirvənin sosial media hesablarını izləyə bilərsiniz.

Linkedin: https://www.linkedin.com/company/beyn-lxalq-mlak-v-i-nvestisiya-zirv-si/about/?viewAsMember=true

Facebook: https://www.facebook.com/profile.php?id=61558462283859

İnstagram: https://www.instagram.com/propertyandinvestment.az/