Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısı təməlqoyma mərasimində çıxış edib.