“Atasığorta” səhmdarına hesabat verəcək

“Atasığorta” səhmdarına hesabat verəcək

"Atasığorta" ASC-nin Səhmdarının növbəti illik Ümumi Yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncaqda “Atasığorta”nın 2023-cü maliyyə ili üzrə İdarə Heyətinin hesabatı, 2023-cü maliyyə ili üzrə Direktorlar Şurasının hesabatı, 31 dekabr 2023-cü il tarixə bitən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı və "AtaSığorta ASC-nin 2023-cü maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsı müzakirə ediləcək.

Qeyd edək ki, səhmdar Ümumi Yığıncağın gündəliyi üzrə materiallarla Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında tanış ola bilər.