Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək.

"Birxeber.Az"un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.