Azərbaycan İnvestisiya Holdinqi fəaliyyətinə dair ictimai sorğu keçirəcək

Azərbaycan İnvestisiya Holdinqi fəaliyyətinə dair ictimai sorğu keçirəcək

Azərbaycan İnvestisiya Holdinqi fəaliyyətinə dair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə ictimai sorğu keçirəcək.

“Report” bu barədə Holdinqə istinadən xəbər verir.

Məlumata görə, sorğu çərçivəsində Bakıda 40 gün ərzində 600 nəfərin rəyi öyrəniləcək, Azərbaycan dilində ölkədə və dünyada baş verən siyasi, iqtisadi və sosial proseslərə maraq nümayiş etdirən 20-63 yaş kateqoriyasına aid ali və yaxud natamam ali təhsilli şəxslər arasında keçiriləcək.