Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq

Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq

Azərbaycanın gənclər və İdman naziri Fərid Qayıbov BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Nyu-Yorkda keçiriləcək Yüksəksəviyyəli Gənclər Forumunda iştirak edəcək.

"Birxeber.Az"un ABŞ bürosu xəbər verir ki, nazir forum çərçivəsində aprelin 18-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin BMT yanında daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək "COP28-dən COP29-a: Gənclər İqlim Dəyişikliyinə Qarşı Mübarizədə Liderlik edir" başlıqlı iclasda iştiak edəcək.

Görüşün məqsədi iqlim fəaliyyəti ilə bağlı irəliləyiş yolları üzrə konsensus yaratmaq və dialoqlar üçün noyabr ayında Bakıda keçiriləcək COP29 BMT-nin iqlim danışıqlarına dair məsələlərin müzakirələrə daxil edilməsidir.

Nazir Nyu-Yorka səfəri çərçivəsində ABŞ-də yaşayan azərbaycanlı idmançılar və tələbələrlə də görüşəcək.