KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir

KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir

ABŞ rəsmiləri İsrailin hərbi cavabının İran ordusuna və Tehranın kənarda dəstəklədiyi qüvvələrə zərbələr endirməkdən ibarət olacağını gözləyirlər.

"Birxeber.Az"un məlumatına görə, bu barədə mənbələrə istinadən “NBC News” kanalı xəbər yayıb.

İsrailin İrana cavabının da məhdud şəkildə olacağı gözlənilir.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsraildəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib, hücum dalğası təxminən beş saat davam edib. Daha sonra “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” topli raketi atdığını bildirib.