Azərbaycan Üzgüçülük Federasiyası yeni məşqçini açıqlayıb

Azərbaycan Üzgüçülük Federasiyası yeni məşqçini açıqlayıb

Azərbaycanın Suya Tullanma idman növünə yeni məşqçi təyin olunub.

Azərbaycan Üzgüçülük Federasiyasından “Birxeber.Az”a verilən məlumata görə, idman ustası, Avropanın gümüş mükafatçısı Mixail Mayorov bu posta gətirilib.

38 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Sözləşmənin şərtlərinə görə, Mayorov bu idman növünün Azərbaycanda inkişaf etdirilməsinə və populyarlaşmasına köməklik etməlidir.

Məşqçi bildirib ki, federasiya tərəfindən qarşısına qoyulan əsas vəzifələr uşaqların və yeniyetmələrin suya tullanma idman növü qruplarına cəlb edilməsi, beynəlxalq arenada Azərbaycanı təmsil edə biləcək qaliblərin və medalçıların yetişdirilməsidir: “Azərbaycan suya tullanmanın inkişafı üçün perspektivli ölkədir. Möhtəşəm isti iqlim və lazımi dövlət dəstəyi bu gözəl ölkənin idmandan həzz almasını təmin edir. Hazırda suya tullanma Azərbaycanda yeni idman növüdür, ona görə də insanlar bununla məşğul olmağın mümkünlüyünü yeni öyrənirlər. Bununla belə, bu növün inkişafı üçün yaxşı idman qurğuları mövcuddur. Müasir avadanlıqlar və yüksək səviyyəli şəraiti olan Bakı Su İdman Mərkəzində məşq edən uşaqlar və gənc idmançılar - üzgüçülük, su polosu, sinxron üzgüçülük, suya tullanma idman növü ilə peşəkar şəkildə məşğul olmaq üçün hər şərait var. Minimum planım gələcəkdə gənc idmançılardan ibarət komanda toplamaq, Avropa və dünya çempionatlarında yüksək yerlərə çıxmaq perspektivi ilə beynəlxalq turnirlərin qaliblərini yetişdirməkdir”.

Qeyd edək ki, 6 yaşından suya tullanma idman növü ilə məşğul olan Mixail Mayorov Ümumrusiya, Avropa, beynəlxalq çempionat və daxili çempionatların dəfələrlə qalibi və mükafatçısı olub.

Fərdi Fərdi
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar - YENİLƏNİB-3

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar - YENİLƏNİB-3

Fərdi Fərdi
Voleybol Federasiyasının vitse-prezidenti: "Çalışırıq işi elə quraq ki, sponsor özü bizimlə əməkdaşlıqda maraqlı olsun"

Voleybol Federasiyasının vitse-prezidenti: "Çalışırıq işi elə quraq ki, sponsor özü bizimlə əməkdaşlıqda maraqlı olsun"

Fərdi Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov və digər iki cüdoçu medal qazana bilməyib

Böyük Dəbilqə: Rüstəm Orucov və digər iki cüdoçu medal qazana bilməyib

Fərdi Fərdi
Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Fərdi Fərdi
İslamiada: Azərbaycan idmançıları bu gün 11 növdə yarışacaq

İslamiada: Azərbaycan idmançıları bu gün 11 növdə yarışacaq

Fərdi Fərdi
Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Fərdi Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi Fərdi
Məcburi köçkün məktəblilər arasında Ulu Öndərin 100 illiyinə həsr olunmuş turnir keçirilib

Məcburi köçkün məktəblilər arasında Ulu Öndərin 100 illiyinə həsr olunmuş turnir keçirilib

Fərdi Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Fərdi Fərdi
AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib