Bakıda gənc qız yol qəzasında xəsarət alıb

Bakıda gənc qız yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2007-ci il təvəllüdlü Həsənova Nurcan Mənsur qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.