Yaponiya sahillərində 5,9 maqnitudada zəlzələ baş verib

Yaponiya sahillərində 5,9 maqnitudada zəlzələ baş verib

Yaponiya sahillərində 5,9 maqnitudada zəlzələ qeydə alınıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 17,8 min nəfərin yaşadığı Nisinoomote şəhərindən (Küsü adası) 157 km cənub-şərqdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.