ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib

ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı sənəd yayıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.

"BMT Təhlükəsizlik Şurasına göndərdiyimiz sənədin cavabını gözləyirik”, - Vud bildirib. O sənədin mətnini açıqlamayıb.

“Hücumla bağlı cavab tədbirləri olmalıdır, sənədə maksimum dəstək istəyirik”, - diplomat qeyd edib.