Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 6.3 mlrd. manatı ötüb

Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 6.3 mlrd. manatı ötüb

2023-ci il ərzində gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 12% artaraq 6 milyard 337.538 milyon manata çatıb.

"Birxeber.Az-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 627 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 14.6% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 443.3 milyon manat (11% çox), aksizlər üzrə daxilolmalar 224.3 milyon manat (32.8% çox), yol vergisi üzrə daxilolmalar isə 42.8 milyon manat (31.2% az) təşkil edib.