Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - YENİLƏNİB

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər” haqqında qanunun qəbuluna etiraz edənlər dağılışmağa başlayıblar.

"Report"un yerli bürosu xəbər verir ki, onlar sabah saat 11-də parlamentin plenar iclasında qanun layihəsinin müzakirəsinə başlamazdan əvvəl yenidən toplaşmağa razılaşıblar.

Bəzi fəallar isə Rustaveli prospektində gecələmək niyyətindədirlər.

Qeyd edək ki, daha əvvəl etirazçılarla polis arasında toqquşmalar baş verib. Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, bir neçə nəfər saxlanılıb.

DİN etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

Xatırladaq ki, iştirakçılar daha əvvəl parlament binasını mühasirəyə almağa çalışıblar.

23:18

Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir.

"Report"un yerli bürosu xəbər verir ki, etirazçılarla polis arasında toqquşmalar baş verib.

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatına görə, indiyədək 4 nəfər saxlanılıb. Qeyd edilir ki, onların sayı artır.

DİN daha əvvəl Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

“Hər hansı qanun pozuntusunun dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq”, - məlumatda bildirilir.

Qeyd edək ki, Tbilisidə keçirilən mitinq zamanı iştirakçılar parlament binasını mühasirəyə almağa çalışırlar.