Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir - FOTO

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, minlərlə Gürcüstan vətəndaşı hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edir. Gürcüstan və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlayan aksiyada əsasən gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları iştirak edir.

Aksiya səbəbilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Mitinqdə çıxış edən Gürcüstanın tanınmış ictimai xadimləri, universitet müəllimləri qanun layihəsinin Gürcüstan qanunu olmadığını, Rusiya qanunu olduğunu, qanunun qəbul edilməsinin ölkəyə xəyanət olacağını, Gürcüstanın maraqlarına zidd olduğunu və xalqın iradəsini əks etdirmədiyini bildirirlər. Əraziyə çox sayda polis cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik gücləndirilib.