“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək

“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək

ABŞ-nin “Tesla” şirkəti qlobal işçi qüvvəsinin 10 %-dən çoxunu ixtisar edəcək.

“Report” xəbər verir ki, bu barədə “Electrek” şirkətin rəhbəri İlon Maskın işçilərə yazdığı məktuba istinadən məlumat verib.

Beləliklə, avtomobil istehsalçısı azı 14 min nəfəri ixtisar edəcək.

“Bütün bu illər ərzində sürətlə böyüdük, dünya üzrə bir sıra zavodlarımız genişlənib. Şirkəti böyümənin növbəti mərhələsinə hazırlayırıq və bu kontekstdə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üzrə onun hər aspektini araşdırmaq son dərəcə vacibdir”, - məktubda deyilir.