Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb

Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb

Hazırda Almaniyada Rusiyanın bloklanan aktivlərinin məbləği təxminən 3,9 milyard avro qiymətləndirilir.

“Birxeber.Az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin statistik məlumatında qeyd edilib.

Məlumata görə, bu məbləğə təkcə Mərkəzi Bankın aktivləri deyil, həm də sanksiya siyahılarına daxil edilmiş Rusiyadan olan fiziki və hüquqi şəxslərin kapitalı daxildir.

Eyni zamanda, 2024-cü ilin yanvarından Almaniyada bloklanan aktivlərin həcmi təxminən 200 milyon avro azalıb. Maliyyə Nazirliyi bunu bazardakı dalğalanmalarla izah edir. Bundan əlavə, Almaniyada dondurulmuş Rusiya aktivlərinin azalmasına Rusiyadan olan şirkətlərin və ya şəxslərin sanksiya siyahısından çıxarılması təsir göstərə bilər.