İran-Pakistan sərhədində silahlı şəxs öldürülüb

İran-Pakistan sərhədində silahlı şəxs öldürülüb

İran-Pakistan sərhədində növbəti insident baş verib.

Birxeber.Az İran KİV-nə istinadən xəbər verir ki, terror qruplaşmasının üzvləri İranın Sistan və Bəlucistan əyalətinin Ceqiqur bölgəsinə sızmağa cəhd edib.

İran sərhəd xidmətinin rəhbəri Əhməd Əli Qudarzinin sözlərinə görə, terrorçulardan biri məhv edilib. Onun meyitinin yanından bir neçə qumbara və kamikadze jileti tapılıb. Daha iki nəfər isə yaralanıb.

Bu, həmin qruplaşmanın Pakistandan İran sərhədini keçmək üçün ilk cəhdi hesab olunmur.