ABŞ-də atışma olub, ölən və yaralananlar var

ABŞ-də atışma olub, ölən və yaralananlar var

ABŞ-nin Yeni Orlean şəhərində kütləvi atışma nəticəsində 1 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı polisə istinadən məlumat yayıb.

Bildirilib ki, şəhərin Verhaus rayonunda baş verən hadisə nəticəsində 11 nəfər yaralanıb.

Atəş açanların sayı isə məlum deyil. Rəsmi qurumlar hadisənin mümkün motivləri və atışmada iştirak edənlər barədə məlumat verməyiblər.