“Samsung” ABŞ-də sərmayəsini 45 milyard dollara çatdıracaq

“Samsung” ABŞ-də sərmayəsini 45 milyard dollara çatdıracaq

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ hökumətindən 6,4 milyard dollara qədər maliyyə vəsaiti alacaq.

“Report” xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.

Bildirilib ki, “Samsung Electronics” ABŞ-yə investisiyaları 17 milyarddan təxminən 45 milyard ABŞ dollarına çatdıracaq.

“Samsung” Texasda çip istehsalı zavodu, tədqiqat və təkmilləşdirmə (R&D) obyekti və s. inşa edəcək.

Bu məqsədlə ümumilikdə iki zavod inşa olunacaq. Birinci zavod 2026-cı ildə, ikinci zavod isə 2027-ci ildə istehsala başlayacaq.