Hesablama Palatası: Bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağına formal yanaşılıb

Hesablama Palatası: Bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağına formal yanaşılıb

Azərbaycanda bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağının aparılması işlərinə formal yanaşılıb.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, 2020-2022-ci illərdə hər-hansı qarşılıqlı razılaşma olmadan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəvəz bitkiləri üzrə 327 sort, bostan bitkiləri üzrə 31 sort nümunəsini dövlət sınağının həyata keçirilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna göndərib və dövlət sınağının aparılması üçün mandatı olmayan həmin qurum 296 sortun dövlət sınağını qeyri-real müddətdə və təkrarlar olmadan aparıldığını rəsmiləşdiri ki, bu da dövlət sınağının aparılması işlərinə formal yanaşıldığını və etibarlı nəticələrin əldə edilmədiyini demək üçün müəyyən əsaslar yaradıb.