XİN: Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb

XİN: Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb

Azərbaycan bütün saxlanılanları Ermənistana geri qaytarıb, yerdə qalanlar ağır cinayətlərdə ittiham olunanlardır.

APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında keçirilən dinləmədə çıxışı zamanı deyib.

O, Ermənistanın Azərbaycana qarşı qaldırdığı irqi ayrı-seçkilik iddialarının əsassız olduğunu vurğulayıb. “Bütün hərbi əsirlər, eləcə də saxlanılanların əksəriyyəti Ermənistana repatriasiya edilib. Qalanları ya işgəncə vermək, qətl törətmək də daxil olmaqla ağır cinayətlər törətdiyinə görə, ya da hazırda müharibə cinayətlərinə, terrorçuluq və separatçılığa görə ittiham edildiyinə görə hələ də həbsdədir. Digər sözlə, onların həbsinin davam etməsinin irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Eynilə, Ermənistanın ermənilərin məcburi çıxarılması ilə bağlı ittihamlarının da irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Lakin Azərbaycan bu iddiaları ciddi qəbul edir və şəffaflığı, təmizliyi, qarşılıqlı etimadı təmin etmək məqsədilə Ermənistanla əməkdaşlıq edir”, - Elnur Məmmmədov deyib.