Tacikistan Türkiyə ilə viza rejimini bərpa edir

Tacikistan Türkiyə ilə viza rejimini bərpa edir

Tacikistan aprelin 20-dən Türkiyə ilə viza rejiminin tətbiqinə başlayacaq.

Birxeber.Az-nın məlumatına görə, bu barədə yerli “Khovar” informasiya agentliyi xəbər yayıb.

Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, qərar adı çəkilən ölkənin də analoji addımından sonra qəbul edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 7-də adı çəkilən ölkə ilə Türkiyə arasında viza rejiminin tətbiqi barədə fərman imzalayıb.