Azərbaycanda dəniz ilə daşınan yüklərin təqribən 50%-i neftin payına düşüb

Azərbaycanda dəniz ilə daşınan yüklərin təqribən 50%-i neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 935,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1% artıb.

Bu barədə “Birxeber.Az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yüklərin 49,6%-i neft yükləri təşkil etmişdir. Dəniz limanları tərəfindən 3 319,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 2 677 min tonunu və ya 80,6%-i tranzit yüklər təşkil edib.

“2024-cü il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 197,5 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 31,9 faiz artaraq 6,2 min nəfər olub”, - məlumatda qeyd olunur.