Sosial şəbəkədə "Adəmin atası" adı ilə paylaşımlar edən şəxs həbs olunub

Sosial şəbəkədə "Adəmin atası" adı ilə paylaşımlar edən şəxs həbs olunub

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etməkdə ittiham olunan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Birxeber.Az xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Məhkəmənin qərarı ilə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.