Azərbaycan millisinin sabiq futbolçusu Rusiya klubunda təcrübə keçir

Azərbaycan millisinin sabiq futbolçusu Rusiya klubunda təcrübə keçir

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda təcrübə keçir.

Bu barədə “Birxeber.Az”a keçmiş müdafiəçinin qardaşı Sərxan İbrahimoğlu məlumat verib.

O bildirib ki, Ruslan Abışov “Dinamo”nun baş məşqçisi Kurban Berdıyevin yanında məşqçiliyin sirlərini öyrənir. I Liqa komandası hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. O, yaya qədər Berdıyevin yanında olacaq.

Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Rusiyada “Rubin” klubunun formasını geyinib. Həmin vaxt Kazan təmsilçisinə məhz Kurban Berdıyev rəhbərlik edib.