DVX: "Türkiyəyə yardım edən Azərbaycan vətəndaşları tutulan ƏDV-ni banklardan geri ala bilər"

DVX: "Türkiyəyə yardım edən Azərbaycan vətəndaşları tutulan ƏDV-ni banklardan geri ala bilər"

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları qardaş ölkədə yaradılmış xüsusi fondlara maddi vəsait və ianələr şəklində dəstək göstərir, və onların hesablarından artıq tutulmuş vergi məbləğlərinin qaytarılması ilə bağlı banklara müraciət edə bilərlər.

Bunu "Birxeber.Az"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

"Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.

Vergi qanunvericiliyinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir", - Dövlət Vergi Xidməti bildirir.

Qeyd olunur ki, hazırda vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 % dərəcə ilə ƏDV tutulmur.

"Bu baxımdan vətəndaşların aparılan belə köçürmələr zamanı onların hesablarından artıq tutulmuş vergi məbləğlərinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduqları banklara müraciət etmələri tövsiyə olunur", - DVX-nin cavabında deyilir.

Biznes Biznes
Leyla Əliyevanın təşəbbüsü ilə Cenevrədə “Su altında üzən Simurq” xalçası təqdim edilib

Leyla Əliyevanın təşəbbüsü ilə Cenevrədə “Su altında üzən Simurq” xalçası təqdim edilib

Biznes Biznes
Naxçıvanda sahibkarlara dəstək müzakirə edilib

Naxçıvanda sahibkarlara dəstək müzakirə edilib

Biznes Biznes
Dam örtüklərinin istehsalına 2,5 milyon manat güzəştli kredit ayrılıb

Dam örtüklərinin istehsalına 2,5 milyon manat güzəştli kredit ayrılıb

Biznes Biznes
Azərbaycan KOB-ları Misirin "Elsewedy Electric" şirkətinin təchizatında iştirak edə bilər

Azərbaycan KOB-ları Misirin "Elsewedy Electric" şirkətinin təchizatında iştirak edə bilər

Biznes Biznes
Azərbaycan daha bir ölkəyə nişasta ixrac etməyə başlayıb

Azərbaycan daha bir ölkəyə nişasta ixrac etməyə başlayıb

Biznes Biznes
Yeni qərar artıq sifariş verilmiş avtomobillərin Azərbaycana idxalına necə təsir edəcək?

Yeni qərar artıq sifariş verilmiş avtomobillərin Azərbaycana idxalına necə təsir edəcək?

Biznes Biznes
“Baku Steel Company” QSC 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

“Baku Steel Company” QSC 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

Biznes Biznes
Vüsal Qasımlı ekoloji terrorla bağlı dünya beyin mərkəzlərinə müraciət edib

Vüsal Qasımlı ekoloji terrorla bağlı dünya beyin mərkəzlərinə müraciət edib

Biznes Biznes
Assosiasiya: "Supermarketlər istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmirlər"

Assosiasiya: "Supermarketlər istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmirlər"

Biznes Biznes
Mikayıl Cabbarov: "İsraildə səfirliyin açılışı əlaqələrimizin gücləndirilməsinə mühüm töhfələr verəcək"

Mikayıl Cabbarov: "İsraildə səfirliyin açılışı əlaqələrimizin gücləndirilməsinə mühüm töhfələr verəcək"

Biznes Biznes
Azərbaycan gömrükçüləri bəyan olunmamış brend əşyaları müsadirə edib

Azərbaycan gömrükçüləri bəyan olunmamış brend əşyaları müsadirə edib

Biznes Biznes
Azərbaycanın qida məhsulları bazarında aparılan araşdırmaların nəticəsi açıqlanıb

Azərbaycanın qida məhsulları bazarında aparılan araşdırmaların nəticəsi açıqlanıb