SOCAR-ın törəmə müəssisəsi ICA mükafatı üçün qısa siyahıya daxil edilib

SOCAR-ın törəmə müəssisəsi ICA mükafatı üçün qısa siyahıya daxil edilib

“SOCAR Midstream Operations” MMC (SOCAR-ın törəmə müəssisəsi) “Tələblərə uyğunluqla bağlı ilin ən kiçik komandası (5 nəfərdən az) - Qeyri-Maliyyə Xidmətləri” kateqoriyasında “ICA Compliance Award” müsabiqəsinin finalçısı kimi qısa siyahıya daxil edilib.

“Report” bu barədə “SOCAR Midstream”in məlumatına istinadən xəbər verir.

“ICA Compliance Award”un qısa siyahısına daxil edilməyimizdən məmnunuq. Bu mükafat normativ tələblərin və maliyyə cinayətlərinin qarşısının alınması sahəsində nailiyyətlərə, əməkdaşlığa və yeniliyə görə təqdim edilir”, - məlumatda qeyd edilib.

Bildirilib ki, rəsmi mükafatlandırma mərasimi iyunun 27-də Londonda keçiriləcək.

“SOCAR Midstream Operations” şirkətini “Tələblərə uyğunluqla bağlı ilin ən kiçik komandası (5 nəfərdən az) - Qeyri-Maliyyə Xidmətləri” kateqoriyasında finalçı kimi qısa siyahıya düşdüyünə görə təbrik etməkdən böyük məmnunluq duyuram. İyunun 27-də keçiriləcək mükafatlandırma mərasimində bütün finalçılarımızı salamlamağı səbirsizliklə gözləyirəm”, - ICA-nin prezidenti Pekka Deyr vurğulayıb.

Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 59,501 milyon manatdır.