Biləsuvarda ana və övladları dəm qazından zəhərlənib
Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü G.Məmmədova və onun övladları, 2007-ci il təvəllüdlü M.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədova və 2012-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərləniblər.
Onlar rayon xəstəxanasına aparılıblar. Məlumata görə, ailə üzvləri İran istehsalı olan sobadan sızan dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.