Şamaxıda zəlzələ qeydə alınıb

Şamaxıda zəlzələ qeydə alınıb

Yerli vaxtla saat 19:45-də Pirqulu stansiyasından 12 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə “Report”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağı 5 kilometr dərinlkdə yerləşib.