Gəncədə piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb - YENİLƏNİB
Gəncə şəhərində piyadanın ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Birxeber.Az"un Qərb bürosuna bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 5-də "VAZ 21011" markalı avtomobil ilə şəhər ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan, şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub.
Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.