İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişib

İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişib

İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişib.

APA xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati vəzifələrin aşağıdakı təsnifatları olacaq:

inzibati vəzifələrin ali təsnifati:

- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbəri;

- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərləri;

orqanın Aparatının rəhbəri;

- Azərbaycan dövlətinin başçısının İcra səlahiyyətlərini həyata keçirən

- Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri;

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri və Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri;

inzibati vəzifələrin birinci təsnifatı:

- Azərbaycan Respublikası Prezidentinin köməkçisi AzərbaycanRespublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

- Azərbaycan Respublikası Prezidentinin köməkçisi:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona berabər tutulan digər struktur bölmə rəhbəri;

- Azerbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;

- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi:

- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmə rəhbərinin müavini:

- Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi;

- Azərbaycan Respublikası vitse-prezidentinin köməkçisi,

- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinləri;

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini,

- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini:

- Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatı rəhbərinin müavini və həmin orqanın Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

- Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin müavini və Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə və ya ona bəraber tutulan digər struktur bölmə rəhbəri;

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatları rəhbərlərinin müavinləri, habelə həmin dövlət orqanlarının aparatlarında şöbə və ya ona bərabər tutulan digar struktur bölmə rəhbəri;

- 1-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;

İnzibati vəzifələrin ikinci təsnifatı:

- Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin köməkçisi;

- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən

digər orqanlarda struktur bölmə (şöbe) rəhbəri və onun müavini;

- Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında şöbə və ya ona berabər tutulan digər struktur bölmə rəhbərinin müavini:

- Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə və ya ona bərabər tutulan diger struktur bölmə rəhbərinin müavini:

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

- 1-ci kateqoriya dövlət orqanlarının aparatları rəhbərlərinin müavinləri və həmin orqanların aparatlarında struktur bölmə (şöbə) rəhbəri;

- Azərbaycan Respublikası Baş nazirinin müşaviri, köməkçisi;

- Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, köməkçisi:

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri;

- Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;

- Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri, köməkçisi:

- müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərləri;

- Azərbaycan Respublikasının xarici ölkədə ticarət nümayəndəsi;

- müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini,

İnzibati vəzifələrin üçüncü təsnifatı:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında mütəxəssis;

- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində mütəxəssis;

- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində mütəxəssis;
- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlarda mütəxəssis;

- Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanda mütəxəssis

- Azərbaycan Respublikası Baş naziri müavininin köməkçisi;

- Azərbaycan Respublikası Milli Məclisinin Aparatında mütəxəssis;

- Azərbaycan Respublikası Milli Məclisi sədri müavininin köməkçisi;

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssis;

- 1-ci kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbərinin müavini:

- 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri və onların müavinləri;

- Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatları rəhbərlərinin müavinləri və həmin dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri;

- müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərlərinin müavinləri;

- müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri (bu Qanunun 11.1.3.12-ci maddəsi nəzərə alınmaqla);

- Azərbaycan Respublikası Hesablama Palatası sədrinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşavirləri, köməkçiləri;

İnzibati vəzifələrin dördüncü təsnifatı:

- 1-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;

- 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında struktur bölme (şöbə) rəhbəri və onun müavini;

- Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;

- müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri (bu Qanunun 11.1.4.13-cü maddəsi nəzərə alınmaqla);

- müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri aparatlarının rəhbərləri və onların müavinləri;

- Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya aparatlarında struktur bölmə (şöbə) rəhbərinin müavini; dövlət orqanlarının

- müvafiq icra hakimiyyəti orqanları rəhbərlərinin müşavirləri, köməkçiləri;

- Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin köməkçisi:

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri, köməkçisi:

- Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzinin rəhbəri və onun müavini;

- müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;

inzibati vəzifələrin beşinci təsnifatı:

- 2-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;

- müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müşavirləri, köməkçiləri;

- Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;

- 3-cü kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri və onun müavini:

- 4-cü kateqoriya dövlət orqanlarının müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərləri

İnzibati vəzifələrin altıncı təsnifatı:

- 3-cü kateqoriya dövlət orqanlarında mütəxəssis;

- 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının Aparatında struktur bölmə (şöbə) rəhbəri və onun müavini;

- 4-cü kateqoriya dövlət orqanlarının müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;

- 5-ci kateqoriya dövlət orqanlarının müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri;

İnzibati vəzifələrin yeddinci təsnifatı:

- 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrində mütəxəssis;

- müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların rəhbərləri, onların müavinləri və həmin orqanlarda mütəxəssis, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri ve sahə inzibati ərazi dairələri nümayəndələri, onların müavinləri və mütəxəssislər.

Yardımçı vəzifələrin aşağıdakı təsnifatları olacaq:

- yardımçı vəzifələrin birinci təsnifatı ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

- yardımçı vəzifələrin ikinci təsnifatı - 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

- yardımçı vəzifələrin üçüncü təsnifatı 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

- yardımçı vəzifələrin dördüncü təsnifatı - 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.

Dövlət orqanları aparatlarının və digər struktur qurumlarının adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, hazırda inzibati vəzifələrin aşağıdakı təsnifatları var:

11.1.1. inzibati vəzifələrin ali təsnifatı:

11.1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi.

11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:

11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında struktur bölmə rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparat rəhbərlərinin müavinləri vəzifələri, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi, habelə həmin dövlət orqanlarının struktur bölmələrinin (şöbələrinin) rəhbərlərinin vəzifələri;

11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi;

11.1.2.1-2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi;

11.1.2.1-3. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;

11.1.2.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin birinci müavinləri və müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri;

11.1.2.3. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri.

11.1.2.4. Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrlərinin müşavirləri, köməkçiləri vəzifələri.

11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:

11.1.3.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında struktur bölmə rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında struktur bölmə (şöbə) rəhbərinin müavini vəzifəsi;

11.1.3.3-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri;

11.1.3.3-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;

11.1.3.4. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin, struktur bölmə (şöbə) rəhbərlərinin vəzifələri;

11.1.3.5-1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müşaviri, köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin və Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçiləri vəzifələri;

11.1.3.6. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin vəzifələri;

11.1.3.7. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.

11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:

11.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssislərin vəzifələri;

11.1.4.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların bölmə rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri;[49]

11.1.4.3. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında mütəxəssislərin vəzifələri;

11.1.4.3-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində mütəxəssislərin vəzifələri;

11.1.4.3-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri;

11.1.4.4. 1-ci kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin müavinlərinin vəzifələri;

11.1.4.5. 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

11.1.4.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin və struktur bölmə (şöbə) rəhbərlərinin vəzifələri;

11.1.4.7. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinlərinin vəzifələri.

11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:

11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarının aparatlarında mütəxəssislərin vəzifələri;

11.1.5.2. 2-ci kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

11.1.5.2-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

11.1.5.3. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin müavinlərinin vəzifələri;

11.1.5.4. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.

11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:

11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;

11.1.6.1-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirlərinin, köməkçilərinin vəzifələri;

11.1.6.2. Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin vəzifələri;

11.1.6.3. 3-cü kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

11.1.6.4. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;

11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:

11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;

11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının struktur bölmə (şöbə) rəhbərinin və onun müavininin vəzifələri;

11.1.7.3. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinlərinin vəzifələri;

11.1.7.4. 5-ci kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinlərinin vəzifələri.

11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:

11.1.8.1. 4-cü və 5-ci kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin mütəxəssislərinin vəzifələri;

11.1.8.2. müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və sahə inzibati ərazi dairələri nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri.