Xəzərdə yaradılacaq süni torpaq sahəsinin forması, sayı müəyyənləşəcək

Xəzərdə yaradılacaq süni torpaq sahəsinin forması, sayı müəyyənləşəcək

Xəzərdə yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı müəyyənləşəcək.

APA xəbər verir ki, bu, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarda aşağıdakılar göstərilir:

- ayrılmış su fondu torpaq sahəsinin, habelə bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin ölçüləri (sahəsi);

- yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı;

- yaradılması nəzərdə tutulan süni torpaq sahəsində tikintisi başa çatmış tikinti obyektlərinin istismarına icazə verildikdən sonra həmin torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı;

- su fondu torpaq sahəsi və yaradılması nəzərdə tutulan süni torpaq sahəsi üzərində sifarişçinin hüququnun növü (istifadə, icarə); 6.1.5. dövlət və bələdiyyə orqanlarının öz səlahiyyətlərini həyata keçirməsinin təmin olunması üçün süni torpaq sahəsinin aid ediləcəyi inzibati ərazi vahidi (müvafiq yaşayış məntəqəsi göstərilməklə).

Süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin, bu Qanunda nəzərdə tutulduğu hallarda həmçinin ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin ayrılması barədə qərarda bu Qanunda göstərilənlərlə yanaşı həmçinin süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin inşası məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikintiyə icazə alınması üçün 2 (iki) ildən çox olmayan, süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin tikintisi üçün isə 3 (üç) ildən az, lakin 6 (altı) ildən çox olmayan müddət müəyyən olunur.

Bu Qanunda müəyyən edilmiş müddətlər sifarişçinin əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2 (iki) ildən çox olmamaqla uzadıla bilər.