Elnur Soltanov: "Azərbaycanda hidrogen istehsalı üzrə strategiya hazırlanır"

Elnur Soltanov: "Azərbaycanda hidrogen istehsalı üzrə strategiya hazırlanır"

Azərbaycanda hidrogen istehsalı üzrə strategiya hazırlanır.

"Birxeber.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən təqdim edilən sənədə əsasən, Azərbaycanda istehsal ediləcək "yaşıl hidrogen" Avropada rəqabətqabiliyyətli olacaq.

"Hidrogen istehsalı bütün dünyada erkən mərhələdədir. Hidrogen tələb problemidir. Azərbaycanda da bununla bağlı ilkin addımlar atılır. İlkin arayışlar Azərbaycanın bu sahədə ciddi imkanlarının mövcudluğunu göstərir. Bu istiqamətdə EBRD-nin arayışı əsasında yeni məsləhətçi şirkətlərlə işə başlayacağıq", - E. Soltanov bildirib.