Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

“Birxeber.Az” xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

O, 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. M.İbrahimov həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub.

O, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə edilib.

M.İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. M.İbrahimov səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Milli Ordunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Allah rəhmət eləsin!

HƏRBİ HƏRBİ
Raket və Artilleriya Qoşunlarında komanda-qərargah təlimi keçirilib

Raket və Artilleriya Qoşunlarında komanda-qərargah təlimi keçirilib

HƏRBİ HƏRBİ
Müdafiə naziri: "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq"

Müdafiə naziri: "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq"

HƏRBİ HƏRBİ
MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

HƏRBİ HƏRBİ
Türkiyədə keçirilən təlimlərdə Azərbaycan Ordusunun hərbi texnikaları nümayiş olunub

Türkiyədə keçirilən təlimlərdə Azərbaycan Ordusunun hərbi texnikaları nümayiş olunub

HƏRBİ HƏRBİ
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

HƏRBİ HƏRBİ
"Tehran rejimi Azərbaycan-Türkiyə birgə hərbi təliminə baxıb nəticə çıxarmalıdır" - RƏY

"Tehran rejimi Azərbaycan-Türkiyə birgə hərbi təliminə baxıb nəticə çıxarmalıdır" - RƏY

HƏRBİ HƏRBİ
Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər

Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər

HƏRBİ HƏRBİ
Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

HƏRBİ HƏRBİ
MN: Azərbaycan Ordusu tərəfindən guya qarşı tərəfə atəş açılması barədə məlumat yalandır

MN: Azərbaycan Ordusu tərəfindən guya qarşı tərəfə atəş açılması barədə məlumat yalandır

HƏRBİ HƏRBİ
Prezident: "Azərbaycan artıq elə bir silahlı qüvvə yaradıb və yaradacaq ki, bununla hesablaşmamaq özünəqəsd sayılmalıdır"

Prezident: "Azərbaycan artıq elə bir silahlı qüvvə yaradıb və yaradacaq ki, bununla hesablaşmamaq özünəqəsd sayılmalıdır"

HƏRBİ HƏRBİ
Döyüşçü gündəliyi: “Mərmi yaxınlığımıza düşdü, təzyiqdən geyimim cırıq-cırıq oldu”

Döyüşçü gündəliyi: “Mərmi yaxınlığımıza düşdü, təzyiqdən geyimim cırıq-cırıq oldu”

HƏRBİ HƏRBİ
Azərbaycan və Türkiyənin mühəndis bölmələri döyüş hazırlığı üzrə birgə məşq keçirir

Azərbaycan və Türkiyənin mühəndis bölmələri döyüş hazırlığı üzrə birgə məşq keçirir