Azərbaycanda əmtəəlik qaz hasilatı 5%-dən çox artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 5%-dən çox artıb

Cari ilin yanvar-mart aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10 151,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 0,1% azalıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 9 443,2 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,4% azdır.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 7 244,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 9 682 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 6% azalıb, əmtəəlik qaz hasilatı isə 5,4% artıb”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 7 261,4 min ton neft (6% azalma) və 12 573 mln. kubmetr qaz (3,4% artım) hasil edilib.