Nigar Arpadarai: "COP29-a biznesi cəlb etmək prioritetlərdən biridir"

Nigar Arpadarai: "COP29-a biznesi cəlb etmək prioritetlərdən biridir"

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) biznesi cəlb etmək ölkə üçün prioritetlərdən biridir.

"Birxeber.Az" xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai sessiyanın baş qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Bunun üçün biznes forumlar keçiriləcək. Həm özəl sektora, həm də vətəndaş cəmiyyətinə çağırış edirəm ki, biz sizin təkliflərinizə açığıq. "Ümumiyyətlə, özəl sektor, vətəndaş cəmiyyəti, investorlar bu prosesin parçası olmalıdır. Bizim rolumuz hökumət və və qruplar arasında körpü yaratmaqdır", - deyə o qeyd edib.