Palata: Toxumçuluqla bağlı qanunvericilik müasir tələblərə tam cavab vermir

Palata: Toxumçuluqla bağlı qanunvericilik müasir tələblərə tam cavab vermir

Azərbaycanda toxumçuluq sahəsində qanunvericilik müasir dövrün tələblərinə tam cavab vermir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Hesablama Palatasının açıqladığı “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, toxumçuluq sahəsi üzrə qüvvədə olan hüquqi aktların müddəaları müasir dövrün reallıqlarına (təkmil beynəlxalq təcrübələrə) tam cavab verməməklə faktiki olaraq toxumçuluğun inkişafında institusional və funksional məhdudiyyətlər yaradıb, o cümlədən ilkin toxumçuluq mərhələsində toxumların (Orijinal, Super Elit və Elit sinifli) artırılması fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsini (dövlət-özəl və ya özəl mülkiyyət mənsubiyyətli təsərrüfat subyektlərinin timsalında), yerli hibrid toxumçuluğunun inkişafını təşviq etməmiş, eləcə də toxumların (o cümlədən, qablaşdırılmalı olan sort nümunələrinin) dövriyyəsinin bütün mərhələlərində (idxal, dövlət sınağı, yerli alış, reproduksiya, satış, emal, utilizasiya və s.) sənədləşmə reqlamentini və nəzarət prosedurlarını tənzimləməyib.